Cəmiyyət

Anar Bayramov: “Bu il 57 minə yaxın şəxsə əlillik təyin edilib” – FOTO

Sharing is caring!

Bu il 56,7 min şəxsə əlillik təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, reabilitasiya müəssisələrində 48650 şəxsə xidmət göstərilib. Əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirildiyi qeyd edilib. 

“2022-ci ildə 56,7 min şəxsə əlillik təyin olunub. Cari il iyulun 1-dən ölkəmizdə mütərəqqi dünya təcrübəsinə uyğun islahat tədbiri olaraq əlilliyin yeni meyarlar, yəni orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilməsi həyata keçirilir. Yeni meyarların tətbiqindən sonra 14063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib.

Həmçinin cari ildə agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48 650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir