Cəmiyyət

Günel Qureyşi: “ISO standartları 160-dan çox ölkədə 1 milyondan çox şirkət tərəfindən tətbiq edilir”

Sharing is caring!

“İlin əvvəlində “Global Media Holding” rəhbərliyinin tapşırığı ilə biz bu sertifikatların alınması üçün müraciət etdik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə zəmanət departamentinin direktoru Günel Qureyşi “Global Media Group” MMC-yə IMS sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu qərardan sonra şirkətdə standartlaşdırma üzrə uzun bir yol başlayıb:

“Azərbaycanda bəzi şirkətlər ISO-9001 sertifikatına layiq görülüb. Lakin media sektorunda bu sertifikatı alan şirkət yoxdur. Bu bir ilkdir və hər kəsə də maraqlıdır. Bu standartlar 160-dan çox ölkədə 1 milyondan çox şirkət tərəfindən tətbiq edilir. Bütün şərtlər eynidir. Əslində ölkəmizdə nə qədər çox şirkət bu sertifikatları alsa, bu, ölkə üzrə beynəlxalq standartlara uyğun çalışıldığına dəlalət edir. Bu yolda bizə dəstək olan rəhbərliyimizə, xüsusilə Elnur Abdullayevə dərin təşəkkürümüzü bildiririk”.

Tədbirdə iştirak edən “TÜR Austria” şirkətinin direktoru Ülkər Quliyeva çıxışı zamanı ISO sistemləri üzrə ilk dəfədir media şirkətində audit keçirdiklərini vurğulayıb:

“Bu komandanın bu işə belə maraqla can atması bizi qürurlandırdı. Onu da qeyd edim ki, bizim bu gün 150 illiyimiz qeyd edilir. Azərbaycanda isə 5 ildir fəaliyyət göstəririk. Şirkətlərin bu sahəyə maraqları bizi sevindirir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir