Cəmiyyət

Əvvəlcə üç maşını əzdi, sonra piyadanı vurdu

Sharing is caring!

Astarada 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, Astara rayonunun Kijəbə qəsəbə sakini 24 yaşlı Vəfa İbadova “Chevrolet Cruze” markalı avtomobillə Siyəkü kəndindən Pensər kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək VAZ-2199 və iki ədəd VAZ-2107 markalı maşına çırpılıb. 

Bundan sonra həmin avtomobil yolun kənarı ilə gedən 53 yaşlı Şahağacı kənd sakini Arifə Quliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir