Cəmiyyət

Lənkəranda ikimərtəbəli ev yanıb

Sharing is caring!

Lənkəranda ikimərtəbəli ev yanıb.

APA-nın Cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Xarxatan kəndində Malik Məhərrəm oğlu Dadaşova məxsus evdə baş verib. Dərhal hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatəsi geniş olduğu üçün əlavə texnika və canlı qüvvə köməyə gəlib.

Hazırda yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli ev əşyaları ilə birlikdə tam yanıb. Ev sahibi Bakı şəhərində yaşadığı üçün, evdə heç kim olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Hazırda yanğın davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir