Cəmiyyət

Ali Məhkəməyə və Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunur – ADLAR

Sharing is caring!

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihə müzakirəyə çıxarılıb.

Layihədə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Ali Məhkəməsinin hakimliyinə namizədliyi irəli sürülüb.

Plenar iclasda “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə də baxılıb.  

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyn oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Layihələr səsverməyə çıxarılaraq qəbul olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir