Cəmiyyət

Bakıda kişi 100 min manatlıq avtomobili aldığı gün qəzaya düşdü – FOTO

Sharing is caring!

Bakının Xətai rayonunda yük avtomobili minik maşınına çırpılıb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Babək prospektində baş verib.

“İsuzu” markalı yük avtomobilini idarə edən sürücü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə idarəetmədən çıxan yük maşını eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb

Qəza zamanı yük avtomobilinin sərnişini xəsarət alıb.

Faktla bağlı hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Toyota Prado” markalı minik avtomobilinin sahibi bildirib ki, o, maşını elə bu gün alıb.

2022-ci il istehsalı olan avtomobilin bazar qiyməti isə 102 min manatdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir