Cəmiyyət

Vətəndaşlar dərmanların qiyməti və keyfiyyətindən narazıdırlar: Çıxış yolu nədir? – AÇIQLAMA + VİDEO

Sharing is caring!

Bəzi vətəndaşlar dərmanların qiymətinin yüksək, bəziləri isə keyfiyyətin aşağı olmasından narazıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, hətta buna görə bir çox insan daha keyfiyyətli və ucuz olsun deyə dərmanlarını xarici ölkələrdən gətirməyə çalışır.

Həkimlər də ölkədə dərmanla bağlı yaranmış vəziyyətdən narazıdırlar.

Mövzu ilə bağlı danışan deputat Rüfət Quliyev hazırda bir sıra dərman preparatlarının satışda tapılmamasına diqqət çəkib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdən qısa müddətdə çıxış yolu xaricdən şəxsi istifadə üçün dərman gətirilməsi qaydalarının ən qısa zamanda təsdiqlənməsidir. Həmçinin qonşu ölkələrin dərman firmaları ilə münasib şərtlərlə idxal müqavilələri bağlanmalıdır. Daha uzun müddət üçün çıxış yolu isə yerli dərman zavodlarının tikilməsidir.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir