Cəmiyyət

Yeniyetməni özünü öldürmə həddinə çatdıran şəxs barəsində cinayət işi yekunlaşıb

Sharing is caring!

Bu il sentyabrın 23-də Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərindəki körpünün üzərinə çıxaraq intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 299.2-ci (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Zaur Təhməzov Ramil Əliyevə sağlamlığına zərər vuracağı ilə bağlı hədə-qorxu gəlib, barəsində məhkəmədə yalan ifadə verməyə məcbur edib. Bu səbəbdən R.Əliyev intihara cəhd edib.

Zaur Təhməzova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir