Cəmiyyət

Deputat: “Mənə 300 dollar bəsdir, ancaq kitab alıram”

Sharing is caring!

“Son vaxtlar Azərbaycanda yerli məhsulların istehsalı artıb. Mənə bir deputat kimi maraqlıdır, siz necə bilirsiniz ki, ölkədə müəyyən məhsulun istehsalı artıb, daxili bazarı təmin edə bilər.

Maraqlıdır, bunu necə müəyyən edirsiniz?”

Modern.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Xaricdən mal alanda əvvəl 1 000 dollarlıq hədd var idi. Amma indi bu rəqəmi azaldıb, 300 dollar etmişik. Məhsulun yol xərci də 300 dollara daxil edilib. Bununla bağlı bizə şikayətlər gəlir, bu məsələyə baxılsa, yaxşı olar. Bu rəqəm mənim özümə kifayət edir. Xaricdən ancaq kitab alıram, bu da 300 dollar edir.

Amma gömrük sahəsində yaxşı məqamları da qeyd etmək lazımdır. Dörd ay bundan əvvəl Dubaydan gəlirdim. Deputat kimi xüsusi qarşılanmışdım, amma özüm imtina etdim ki, görüm nə dəyişiklik var. Adi insan kimi müşahidə apardım, gördüm ki, həqiqətən də, çox dəyişikliklər var”, – deputat çıxışında bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir