Cəmiyyət

Bakıda taksi fəaliyyəti göstərən “Prius”lar qəzaya düşdülər: Xəsarət alan var – FOTO

Sharing is caring!

Bakının Nərimanov rayonunda 3 avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Tuneldə 77-CG-943 dövlət nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan eyni markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığına görə qəza baş verib.

Daha sonra eyni markalı üçüncü maşın qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib, sərnişin xəsarət alıb.

Qəzada iştirak edən hər üç avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir