Cəmiyyət

Şagirdlərin beş faizi siqaret çəkir – SORĞU

Sharing is caring!

Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi ilə bağlı aparılan sorğuların nəticəsi açıqlanıb.

Bu barədə  Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə “Sağlam çəkiyə doğru” layihəsinin təqdimat mərasimində danışıb.

O bildirib ki, sorğu 52 rayon üzrə 157 məktəbdə aparılıb.

“Respondentlərin 48 faizi oğlan, 52 faizi qızlar olub. 501 sinif üzrə aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin 90 faizdən çoxu sağlamlıqlarını qənaətbəxş hesab edirlər. Sorğuda iştirak edənlərin 0,4 faizi özünü bədbəxt hiss etdiyini deyib”.

Onun sözlərinə görə, sorğu zamanı şagirdlərin beş faizinin siqaret çəkdiyi, qız şagirdlərin isə enerji içkilərinə daha çox meyl etdiyi müəyyən edilib.

S.Babazadə əlavə edib ki, enerji içkilərindən daha çox oğlan uşaqları istifadə edir:

“52 rayon üzrə 167 məktəbdə aparılan sorğunun nəticəsində 11 və 13 yaşında olan qızlar demək olar ki, enerji içkilərindən istifadı etmirlər.

Amma 15 yaşa çatdıqda qızların 28,5 faizi hər gün bir dəfədən çox enerji içkilərindən istifadə edir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir