Cəmiyyət

Son bir həftədə Ukraynada beş azərbaycanlı həlak olub – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Baxmutda ölüm-dirim mübarizəsi davam edir.

“Ukraynalılar şəhəri əldən vermirlər. Rusiya ordusunun isə əksər hərbi hissələrini həmin istiqamətdə topladığı bildirilir”, – deyə jurnalist qeyd edib.

Məlumata görə, Rusiya ordusunun son bir həftədə Ukraynaya atdığı kütləvi uzaqmənzilli raket zərbələri nəticəsində 500-ə qədər mülki ukraynalı həlak olub.

“Son bir həftədə Donetsk və Xerson istiqamətində 5 mülki azərbaycanlı da həlak olub”, – deyə o əlavə edib.

O da bildirilib ki, müharibə müddətində (yay aylarında) 2 ukraynalı zabitə öz həyətlərində sığınacaq verərək kömək edən azərbaycanlı ata və oğlunun Rusiya Ordusu tərəfindən işgəncə ilə öldürüldüyü məlum olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir