Cəmiyyət

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıblar

Sharing is caring!

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən C.Şamiyev və B.Muradov saxlanılıblar.

Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir