Cəmiyyət

Lökbatanda kəsilən ağaclarla bağlı iş prokurorluğa göndərildi – VİDEO

Sharing is caring!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində ağacların qeyri-qanuni kəsilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağac qanunsuz kəsilib.

Bildirilib ki, ərazidəki ağaclar sayılaraq qeydiyyata alınıb.

“Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir