Cəmiyyət

Taksi sürücülərinin pullarını talayan “hotel meneceri” TUTULDU – VİDEO

Sharing is caring!

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü hotel meneceri kimi təqdim edərək aldatma yolu ilə taksi sürücülərinin müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib. 

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir