Cəmiyyət

Alovlara bürünən avtomobildən bir nəfər sağ çıxarıldı – VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka həyata keçirdiyi xilasetmə görüntülərini yayıb. 

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində “Mercedes-Benz VITO” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ümumiyyətlə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, altı halda köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Biri azyaşlı olmaqla yeddi nəfər xilas edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir