Cəmiyyət

Azərbaycanda strateji malların siyahısı hazırlanır

Sharing is caring!

Dövlət ərzaq ehtiyatları üç istiqamətdə – səfərbərlik, strateji və fövqəladə istiqamətlərdə tədarük ediləcək.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

Qeyd edilib ki, strateji istiqamətin özü də üç hissədən ibarətdir:

“Bura ərzaq ehtiyatı, tibbi dərman vasitələri ehtiyatı və enerji ehtiyatları daxildir. Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq qanun layihəsi işlənib-hazırlanıb, hazırda dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Hazırda strateji malların siyahısı hazırlanır. Bu, ərzaq məhsulları metodologiyasına əsasən həyata keçirilir. Burada əhalinin qida tələbatı, onların tərkibi və saxlanma müddəti nəzərə alınır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir