Cəmiyyət

FHN: “Ötən müddət ərzində 1187 vətəndaşa və 180 uşağa psixoloji yardım göstərilib” – FOTO

Sharing is caring!

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən fəaliyyətlərini davam etdirirlər.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti Məlumat yayıb.

Bildirilib ki, ötən müddət ərzində 1187 vətəndaşa, o cümlədən 180 uşağa 2837 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir