Cəmiyyət

Rəşad Nəbiyev Olivier Varhelyi ilə görüşüb – FOTO

Sharing is caring!

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Brüsseldə işgüzar səfər zamanı Avropa İttifaqının genişlənmə üzrə komissarı Olivier Varhelyi ilə görüşüb.

O, bu barədə öz “Facebook” hesabında paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat, rəqəmsal transformasiya, o cümlədən İKT, kibertəhlükəsizlik üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. 

“Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələrinə və sahə üzrə mütəxəssislərin hazırlanmasına Avropa İttifaqı tərəfindən dəstək göstərilməsi məsələlərini müzakirə etdik”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir