Cəmiyyət

Bakı milyonçusunun məzarı acınacaqlı durumda – FOTO

Sharing is caring!

Bakı milyonçusu Hacı Sultanəlinin məzarı baxımsız vəziyyətdədir.

Lent.az xəbər verir ki, milyonçunun məzarı Sabunçu rayonu Ləhiş bağlarında yerləşir.

Görünüşündən uzun müddətdir baxımsız qaldığı hiss olunur. Buna görə də məzarın başdaşı hissəsi uçub-sökülüb.

Məsələ ilə bağlı Kürdəxanı qəsəbə bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, məzarın olduğu ərazi elə milyonçunun qohumlarına məxsusdur:

“Milyonçunun qohumlarında həmin ərazinin sənədləri var. Ərazi bağ sahəsidir. Qəbiristanlıq deyil. Orada həmin qohumlara məxsus başqa qəbirlər də olmalıdır. Milyonçu vəsiyyətinə əsasən, həmin bağ sahəsində dəfn edilib. Məzara milyonçunun nəvə-nəticəsi, öz qohumları baxmalıdır. Bu, bələdiyyənin səlahiyyətində deyil”.

Milyonçu, xeyriyyəçi Hacı Sultanəli Haşım oğlu 1851-ci ildə Balaxanı qəsəbəsində doğulub. O, Bakıda 3 məscid və 1 hamam, Balaxanı qəsəbəsində 1 məktəb, həmçinin Quba rayonunda 1 məscid tikdirib. Hacı Sultanəli fəhləlikdən Bakının gənc milyonçusuna çevrilib. Hacı Zeynalabdin Tağıyevin yaxın dostu olub. Milyonçu 1921-ci ildə infarktdan vəfat edib.

Öz vəsiyyəti ilə Ləhiş bağlarında tikdirdiyi məscidin yanında dəfn edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir