Cəmiyyət

“Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” layihəsinə yekun vurulub – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramının təşkilati dəstəyi ilə “Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” layihəsinə yekun vurulub.

Azərbaycan Könüllülər İctimai Birliyindən Oxu.Az-a verilən məlumata görə, layihənin bağlanış mərasimində çıxış edən layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində 4 gün ərzində 50 nəfərə yaxın iştirakçıya dayanıqlı şəhər mobilliyi və yol hərəkətinin təhlükəsizliyi istiqamətində təcrübəli ekspertlərin iştirakıyla qeyri-formal üslubda görüşlər və praktiki məşğələlər keçirilib.

“Dayanıqlı şəhər mobilliyinin təşviqində könüllülərin iştirakçılığı”, “Şəhər Mikromobillik Həlləri”, “Dayanıqlı Şəhər mobilliyinin prinsipləri” və “İctimai Nəqliyyat Mobilliyin əsasıdır” kimi mövzular üzrə Nahid Quliyev (Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramının rəhbəri, “Avropa Mobillik Həftəsi”nin Azərbaycan üzrə koordintaoru), Arzu Suleymanov (“İnsanyönümlü Şəhərlər” layihəsinin həmtəsisçisi), Hüseyn Abdullayev (Bakı Nəqliyyat Agentliyinin Strateji İnkişaf və Planlaşdırma şöbəsinin müdir müavini), Tərlan Səfərov (Bakı Nəqliyyat Agentliyinin Yol Hərəkətinin Təşkili şöbəsinin) müdiri və Vüqar Məmmədzadə (Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma şöbəsinin müdiri) iştirakı ilə görüşlər təşkil olunub.

Bağlanış mərasimində layihə çərçivəsində hazırlanan “Sehirli Çubuq” sosial video çarxı nümayiş olunub. Sosial çarx, Bakı şəhərində gündəlik rastlaşdığımız problemləri vizual olaraq canlandırır, əslində yaşamaq istədiyimiz insanyönümlü şəhər mühitini təşviq edərək, seçimi auditoriyanın ixtiyarına verir.

Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılmasının, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir