Cəmiyyət

“Azəriqaz” gələn həftə dörd şəhər və rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək

Sharing is caring!

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi gələn həftə bir şəhər və üç rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-a qədər Zaqatala rayonunda (Mədəniyyət Mərkəzinin qarşısında), 2-ci günü saat 14:00-dan 15:00-a qədər Oğuz rayonunda (Zərifə Əliyeva Parkında), 3-cü günü saat 11:00-dan 12:00-a qədər Qəbələ rayonunda (Zərifə Əliyeva Parkında), 5-ci günü saat 11:00-dan 12:00-a qədər isə Şəki şəhərində (Mirzə Fətəli Axundov Parkında) baş tutacaq.

Vətəndaşlar aksiyaların imkanlarından istifadə edərək problem və təkliflərini ifadə edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir