Cəmiyyət

Bakıda tək yaşayan ahıl qadın binanın həyətinə düşmək istədi, vəfat etdi – FOTO

Sharing is caring!

Bakının Nərimanov rayonunda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Həsənoğlu 62 ünvanında qeydə alınıb.

1956-cı il təvvəllüdlü Mirzəyeva Mülayim Əvəz qızı yaşadığı binanın həyətinə düşərkən səhhətində yaranan problemdən müvazinətini itirərək yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qadın mənzildə tək yaşayıb.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir