Cəmiyyət

QİÇS: profilaktika yeganə çıxış yoludur

Sharing is caring!

“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyəşdirilən “QİÇS: profilaktika yeganə çıxış yoludur” adlı layihəsi çərçivəsində Ağdaş şəhərində 15 noyabr 2022-ci il tarixdə maarifləndirmə sessiyası təşkil etmişdir. Qeyd edək ki, layihənin əsas ideyası əhali qrupları arasında infeksion xəstəliklərin yayılmasının qarşısının alınması üçün maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi vasitəsilə zərərin azaldılmasına qismən də olsa nail olmaqdır.

Buna qədər analoji tədbirlər Şəki və Yevlax rayonlarında əhali qrupları üçün maarifləndirmə sessiyaları və profilaktik tədbirlər həyata keçirilmişdi.

Layihə çərçivəsində sonuncu maarifləndirmə sessiyası Ağdaş şəhər İdman və Gənclər evinin akt zalında təşkil edildi. Tədbirdə 25 nəfər gənc iştirak edirdi. Gənclər İİV-in insanlar arasında yayılması və ondan qorunma yolları ilə bağlı maraqlı təqdimatla tanış oldular. Sessiya zamanı mövzuya həsr olunmuş 3 video klip də təqdim olundu. Maarifləndirmə sessiyası təşkilatın təlimçisi Ədilə xanım Cabbarzadə tərəfindən aparıldı. Layihə ZOOM proqramı vasitəsilə də canlı olaraq təqdim olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir