Cəmiyyət

Şəmkirdə yoldan kişi meyiti tapıldı

Sharing is caring!

Şəmkir rayonunda yolda kişi meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, meyit rayonun Yeni Həyat kənd yolunda aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, faktla bağlı məlumat Şəmkir Rayon Polis Şöbəsinə bu gün səhər saatlarında daxil olub:

“Dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar nəticəsində meyitin 1983-cü il təvəllüdlü, Şəmkir rayon sakini Yalçın Məmmədova məxsus olduğu müəyyən olub. İlkin tibbi ekspertiza rəyinə əsasən, Y.Məmmədov avtomobil vurması nəticəsində ölüb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir