Cəmiyyət

Son yağıntılar torpaq sürüşmələrini aktivləşdirə bilər? – AÇIQLAMA + FOTO

Sharing is caring!

“Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunmur”.

Bunu çərşənbə günü Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, son günlər intensiv yağan yağıntılar hələ sürüşmə zonalarında aktivliyə səbəb ola bilməz:

“Çünki bütün geoloji kəsiliş boyu islanma hadisəsi baş verməyib. Geodinamik vəziyyət həm də süxurların mövcud vəziyyəti aktivləşmək üçün əsas vermir. Atmosfer çöküntülərinin miqdarı hələ yetərincə deyil ki, bu sürüşmə prosesləri anomal aktivləşsin”.

Xidmət rəisi deyib ki, operativ müşahidələr bu gün əsasən Lerik, Astara, Lənkəran və Yardımlı rayonları üzrə həyata keçirilir. Xüsusilə, Lerik rayonu ərazisində lokal sürüşmə elementlərinə rast gəlinir. Bunun da əsas səbəbi Lerikdə atmosfer çöküntülərinin çox olmasıdır. Qeydə alınan faktlar əsasən sürüşmə-çökmə prosesləridir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib.

“Bakının Bayıl qəsəbəsində aparılan müşahidələrə əsasən, deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik müşahidə olunmur”, – deyə Xidmət rəisi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir