Cəmiyyət manset

Rüfət Səfərov yazdığı statusları silməyə başlayıb – Onu hakimiyyətdən kimlər himayə edir? – FOTOFAKT

Sharing is caring!

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov yenidən gündəmə gəlib.

XəbərAl.az  xəbər verir ki, bu dəfə tamam başqa amplua ilə “diqqət çəkib”.

Belə ki, atasının imtina etdiyi R.Səfərov özünün Feysbuk səhifəsində yazdığı statusları paylaşandan az sonra silməyə başlayır. Təbii ki, onun bu hərəkəti birmənalı qarşılana bilməz. Məhz bu tip addımlarla Rüfət Səfərovun şəxsən özü təsdiqləyir ki, o, hakimiyyətdə kimlərinsə dedikləri ilə oturub-durur. Başqa cür desək, özünü cəmiyyətə müstəqil düşüncəli, kimsənin tabeliyində olmayan biri kimi təqdim etsə də, reallıq tamam başqadır. Bu şəxsin ixtiyarı öz əlində deyil.

Xatırladaq ki, R.Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqidir. O, rüşvət almaqda təqsirləndirilərək həbs edilmiş, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmışdı.

R.Səfərovun yazdığı son statusunun nə haqda olması və onu hansı səbəbdən silməsi maraq doğurur. Həmin statusun artıq onun öz səhifəsində yer almadığını nəzərə alaraq, biz onun həmin paylaşımını təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir