Cəmiyyət

FHN: Ötən sutka ərzində 17 yanğına çıxış olub, 10 nəfər xilas edilib – VİDEO

Sharing is caring!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 10 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonunda “KamAZ” markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib, yanğın zamanı 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir