Cəmiyyət

6 yaşlı Zeynəbin saçına düşən alov bütün bədənini yandırıb: Əməliyyatı üçün 600 manat əskik qalıb – FOTO

Sharing is caring!

Bakıda altı yaşlı qızın bütün bədəni ehtiyatsızlıqdan yanıb.

Bu barədə Oxu.Az-a onun anası Hacıyeva Könül məlumat verib.

Bildirib ki, 2016-cı il təvəllüdlü övladı Ağahüseynova Zeynəb Şahmar qızının vəziyyəti ağırdır:

“Hadisə iyulun 7-də baş verib. Həmin vaxt qızım və ondan yaşca balaca oğlum evdə tək idilər. Mən qonşuluqda yas mərasiminə baş çəkməyə getmişdim. Həmin vaxt qızım evdəki alışqanla oynamağa başlayıb. Qəfil saçı alovlanıb və qısa müddətdə paltarına keçib. Balaca oğlum yaxınlığımızda yaşayan bacıma xəbər versə də, artıq o gələnə qədər iş-işdən keçib. Ona dəriköçürmə əməliyyatı edilsə də, bəzi nahiyələrində tutmayıb. Yenidən əməliyyata ehtiyac var. Bunun üçün bizə iki min manat lazımdır. Yardımsevər insanların köməyi ilə bu pulun 1400 manatı toplanıb. 600 manat əskik qalıb. İmkanlı şəxslərdən xahiş edirəm, bizə kömək etsinlər, balamı bu vəziyyətdən xilas edim”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə uyğun olaraq Ağahüseynova Zeynəbin sinir sisteminin bərpası üçün köməklik göstərilir.

Ailə ilə əlaqə nömrəsi: 050 874 66 28

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir