Cəmiyyət

Türkiyəyə müalicə üçün göndərilən daha bir qazi sağalaraq Vətənə qayıdıb – FOTO

Sharing is caring!

Ağır yaralanan qazilərdən biri Yaqubov Rauf Qabil oğlu Türkiyədə müalicəsini tamamlayaraq Vətənə geri qayıdıb.

Bu barədə Oxu.Az-a “YAŞAT” Fondundan xəbər verilib.

Bildirilib ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. “YAŞAT” Fondu qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir