Cəmiyyət

QİÇS: profilaktika yeganə çıxış yoludur

Sharing is caring!

“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyəşdirilən “QİÇS: profilaktika yeganə çıxış yoludur” adlı layihəsi çərçivəsində Şəki şəhərində 01 noyabr 2022-ci il tarixdə maarifləndirmə sessiyası təşkil etmişdir. Qeyd edək ki, layihənin əsas ideyası əhali qrupları arasında infeksion xəstəliklərin yayılmasının qarşısının alınması üçün maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi vasitəsilə zərərin azaldılmasına qismən də olsa nail olmaqdır.

Bu məqsədlə İnkişaf-2006 SDİB respublikanın 3 bölgəsində (Şəki, Ağdaş və Yevlax) əhali qrupları üçün maarifləndirmə sessiyaları və profilaktik tədbirlər həyata keçirməyi planlaşdırır.

İlk tədbir Şəki şəhərində 25 nəfər gənclər qrupları üçün təşkil edilmişdir. Maarifləndirmə sessiyası təşkilatın təlimçisi Ədilə xanım Cabbarzadə tərəfindən aparılmışdır. Layihə ZOOM proqramı vasitəsilə də canlı olaraq təqdim olunmuşdur.

Növbəti tədbir 04 noyabr 2022-ci il tarixində Şəki şəhərində ümumşəhər kampaniyasının  keçirilməsi olmuşdur.

Təşkilatın əməkdaşları və könüllüləri tərəfindən Şəki şəhərinin müxtəlif yerlərində şəhər sakinlərinə mövzuyla bağlı müxtəlif ədəbiyyat paylanmış və onlara İİV-in profilaktikası ilə bağlı məsləhətlər verilmişdir. Tədbir ərzində şəhər sakinlərinə 500 ədəd buklet paylanmışdır. 

Layihə çərçivəsində növbəti tədbirlər Yevlax və Ağdaş şəhərlərində keçiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir