Cəmiyyət

Həkim: “Hazırda dünyada və ölkədə virusla bağlı vəziyyət ürəkaçandır”

Sharing is caring!

“COVID-19 virusunun davam etdiyi 3 ilə yaxın bir müddətdə müşahidə edirik ki, dalğalar daha çox qış aylarına təsadüf edir. Ölüm faizinin də yüksəkliyi müşahidə edildi. Hazırda dünyada və ölkədə virusla bağlı vəziyyət ürəkaçandır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu gün ÜST hələ də COVID-19 pandemiyasının bitməsinə dair məlumat paylaşmayıb:

“Qabaqlayıcı tədbirlər məqsədilə karantin müddətinin uzadılması doğru addımdır. Biz əvvəlki dönəmə qayıtmaq istəmirik. Odur ki, payız-qış mövsümündə hava-damcı yolu ilə keçən respirator xəstəliklər kəskin artır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir