Cəmiyyət

Meşə fondu torpaqlarında 20 mindən artıq ağac əkildi

Sharing is caring!

Ölkə ərazisini əhatə edən payız ağacəkmə tədbirləri bu gün Qəbələ, Quba, Şabran, Tovuz və Şəmkir rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində həyata keçirilib.

Oxu.Az xəbər verir ki, gün ərzində ümumilikdə 24 hektar ərazidə 20 500 ədəd ting əkilib, 1200 kiloqram palıd toxumu səpilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib:

“Payız ağac əkini başlayandan bugünədək ölkə ərazisində aparılan meşəbərpa tədbirləri zamanı 130 hektar meşə fondu torpağında 86 500 ədəd müxtəlif cinsli ağac əkilib, 6900 kiloqram toxum səpilib”.

V.Fərzəliyev Azərbaycanın bütün bölgələrində təşkil edilən genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak edən dövlət və özəl qurumlara, yerli idarəetmə orqanlarına, könüllülərə təşəkkürünü bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir