Cəmiyyət

Qazaxda qədim üsullarla hazırlanan qurutu hətta xaricdən sifariş edənlər var – VİDEO

Sharing is caring!

Qazax rayonunun Ürkməzli kəndində indi də qurutu qədim ənənələr əsasında hazırlayırlar. 

Kənd sakini Çəmən Orucova bu gün də nənələrindən öyrəndiyi üsullarla hər həftə nehrə çalxalayır, yağ düzəldir, yağdan ayrılan ayranla isə qurut hazırlayır. Bu ənənəni o, 30 ildir davam etdirir. 

Düzgün hazırlanmış, vitaminlərlə zəngin olan qurutu keyfiyyətini itirmədən 7-8 il saxlamaq mümkündür.

Çəmən Orucova nehrə ilə qurut hazırlanmasının çətin olduğuna görə insanların artıq bu üsuldan imtina etdiklərini deyir. Hətta artıq daha asan başa gələn qatıq süzməsindən qurut hazırlayırlar. 

Bazara mal çıxarmayan Çəmən Orucovanın hazırladığı məhsulları elə evindən alıb aparırlar. Onun hazırladığı qurutları hətta ölkə xaricindən də sifariş edənlər çox olur.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir