Cəmiyyət

Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var

Sharing is caring!

Göygöl rayonunda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası zamanı 1957-ci il təvəllüdlü M.Zeynalov, onun həmyaşıdı E.Zeynalova və 1993-cü il təvəllüdlü T.Zeynalova xəsarət alıb.

Hər üçü öncə Göygöl Mərkəzi rayon Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncədə yerləşən xəstəxanaların birinə köçürülüblər.

Xəsarət alanların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir