Cəmiyyət

“Gənclik” stansiyasının keçidlərində metronun 55 illik tarixinə həsr olunmuş sərgi açılıb – FOTO

Sharing is caring!

Bakı metropoliteninin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik tarixinə həsr olunmuş sərgi açılıb.

Oxu.az xəbər verir ki, bu sərnişindaşıma xidmətinin tarixini əks etdirən məqamlar sərginin 92 stendində 117 nadir fotoşəkillərlə təqdim olunub. Həmçinin hər stenddə onillik üzrə geniş məlumat yer alıb. 

Sərginin açılışında iştirak edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, 55 ilin sınağından uğurla çıxmış metropolitenə yüksək etimad göstərilməsində və ən çox tələbatın olmasında başlıca rol həm sürət həddidir, həm də tıxac problemlərindən qurtulmadır.  

“1960-70-ci illərdə metropolitenin artıq bu şəhərin rəmzlərindən birinə çevrilməsi də bu fikirlərin bariz nümunəsidir”, – deyən H.Məmmədov metronu paytaxtın zəngin memarlıq nümunəsi adlandırıb.

O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu sərgi dahi şəxsiyyəti ölçüyəgəlməz rəhbər kimi bir daha ictimaiyyətə yaxından tanıtdıracaq:

“Çünki Bakı metrosu Sovetlər dönəmindəki qısqanc münasibətlərə məhz onun timsalında sinə gərə bilib, böyüyüb və bu gün şəhərin nəqliyyat nəfəsliyinə çevrilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir