Cəmiyyət

Keçmiş məhkum narkotiklə saxlanıldı – FOTO

Sharing is caring!

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Rövşən Əliyev saxlanılıb.

Aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqram 205 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir