Cəmiyyət

İnşaat materiallarının satışı mağazasında yanğın olub – VİDEO

Sharing is caring!

Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Xəzər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının inşaat materiallarının satışı mağazasında baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın giriş qapısı və içərisində 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Ümumi sahəsi 60 kvadratmetr olan mağazanın böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir