Cəmiyyət

Britaniyada azərbaycanlı həkimə “Moment of Magic” mükafatı təqdim edilib – FOTO

Sharing is caring!

Böyük Britaniyada yaşayan soydaşımız Fidan İsrafilbəyliyə Birminhem Qadın və Uşaq Hospitalının (BWC) “Moment of Magic” (“Möcüzə anı”) mükafatı təqdim olunub. 

BWC-də məsləhətçi mama-ginekoloq vəzifəsində çalışan Fidan İsrafilbəyli bu mükafata BWC dəyərlərinin əsl təcəssümü olaraq layiq görülüb. Bu xəstəxana Böyük Britaniyada qadın və uşaqlara xidmət göstərən ən iri iki tibb müəssisəsindən biridir. 

Qeyd edək ki, Fidan İsrafilbəyli Azərbaycan Tibb Universitetinin məzunudur. 2003-cü ildə Böyük Britaniyada bir sıra dil və tibb imtahanlarını müvəffəqiyyətlə verərək, diplomunu təsdiq edib və müxtəlif klinikalarda mama-ginekoloq vəzifəsində çalışıb. Bu səviyyəyə çatmaq üçün Böyük Britaniyanın müxtəlif klinikalarında 7 il ərzində çalışaraq biliklərini təkmilləşdirib. Nəticədə Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı olub. Bu, Böyük Britaniya mama-ginekoloqlarının ən nüfuzlu titullarından biridir. 

Azərbaycanda başladığı elmi işi davam etdirən Fidan İsrafilbəyli əvvəlcə ölkəmizdə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə Birminhem Universitetində doktorluq ali dərəcəsini alıb. Onun 26 elmi məqaləsi dünyanın müxtəlif nüfuzlu elmi jurnallarında dərc edilib. Tibbi dərsliklərdə 6 fəslin həmmüəllifidir. Bu il erkən doğum riskinin qarşısının alınması istiqamətində aparılan tədqiqatların davam etdirilməsi üçün 1,2 milyon funt sterlinqlik qrant qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir