Cəmiyyət

14,5 ton narkotik bitki məhv edildi – “Xaşxaş-2022” əməliyyatı

Sharing is caring!

“Xaşxaş-2022” şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilanda keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən 5768 kq xaşxaş və 8804 kq çətənə kolları müvafiq qaydada məhv edilib.

Bu barədə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir