Cəmiyyət

Yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib

Sharing is caring!

“Payız ağac əkini mövsümündə yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan Proqram çərçivəsində artıq işlər görülüb”.

Oxu.Az-ın məlumatına görə, bunu Meşələrin Inkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, ərazilərin xəritələri hazırlanıb, mövcud meşə quruluşuna uyğun olaraq meşəbərpa tədbirləri hazırlanıb:

“Yanğına məruz qalmış ərazilər yanmış ağaclardan, tör-töküntüdən təmizlənərək meşəbərpa tədbirlərinin həyata keçirilməsinə başlanılıb”.

O qeyd edib ki, bu yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir