Cəmiyyət

Bakıda kütləvi dava: Dostlar bıçaqlandılar

Sharing is caring!

Bakının Nərimanov rayonunda kütləvi dava olub.

APA xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisədə iki nəfər ağır bədən xəsarətləri alıb.

Belə ki, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu bir neçə nəfərlə dava zamanı bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunublar.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir