Cəmiyyət

Azərbaycanda vəkilə qarşı dələduzluq edildi

Sharing is caring!

Azərbaycanda vəkilə qarşı dələduzluq edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Anar Əhmədov Vəkillər Kollegiyasının üzvü İsmayıl Kəngərlinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

İstintaq orqanı tərəfindən Anar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bundan başqa, o, daha 5 nəfərin pulunu dələduzluq yolu ilə mənimsəyib. Cinayət işində ümumilikdə 5 zərərçəkmiş var. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, İsmayıl Kəngərli 10 ildir vəkillik fəaliyyəti ilə məşğul olur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir