Cəmiyyət

Qusarda ötmə əməliyyatı qəza ilə nəticələndi: Xəsarət alanlar var

Sharing is caring!

Qusarın Köhnə Xudat kəndinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, VAZ-2107 markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar – Qusar rayon sakinləri, 1967-ci il təvəllüdlü Piyalə İmaməddin qızı Məmmədova, 1986-cı il təvəllüdlü Elşad Rahib oğlu Laçınov, 1989-cu il təvəllüdlü Elvin Marif oğlu Heybetov, 1990-cı il təvəlludlü Elvira Rafik qızı Əmiraslanova, 1992-ci il təvəllüdlü Murda Namid oğlu Məmmədov və 2005-ci il təvəllüdlü Naira Yaşar qızı Paşayevadır.

Xəsarət alanların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, hadisəyə səbəb minik avtomobilinin ötmə əməliyyatı etməsi olub.

Hadisənin təfərruatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir