Cəmiyyət

Gürcüstanda “SOYDAŞ” Gənclər Forumu keçirilib – FOTO

Sharing is caring!

Gürcüstanda “SOYDAŞ” Gənclər Forumu keçirilib.

“Report”un məlumatına görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Foruma qatılmaq üçün Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər.

Marneuli şəhərinin gənclər mərkəzində öz işinə başlayan tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında media və gənclərinin inteqrasiyası üçün xeyli işlərin görülməsinə ehtiyac var. Gürcüstandakı soydaşlarımız və səfirliyimizin fəaliyyətinə də toxunan birlik sədri son illərdə yaşanan müsbət dəyişikliyinə görə səfir Faiq Quliyevə minnətdarlığını ifadə edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov, Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı, Marneuli şəhərindən olan mojaritar deputat Anar Piriyev və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər forumun aktuallığı ilə bağlı çıxışlar ediblər.

Forum çərçivəsində təşkil olunan “Gənclər” panelində Gürcüstan azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova və İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Azərbaycan-Gürcüstan gənclərinin əməkdaşlıq perspektivlərini və bununla bağlı aktual məsələləri müzakirə ediblər.

“Media” panelində isə “Mtavari arxi” televiziya kanalının əməkdaşı Ceyhun Məhəmmədəli, “Aktual.ge” saytının rəhbəri İlkin Hüseyinov və “News24” saytının direktoru Azər Məmmədov Azərbaycan-Gürcüstan media əlaqələrindən, görülən və görülməsi vacib olan işlərdən danışıblar. Qarabağ zəfərinin regiona müsbət təsiri və informasiya savaşı da panelçilərin əsas müzakirə mövzusu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir