Cəmiyyət

674 adda vəzifədə qadınların işləməyinə qoyulan qadağa ləğv edilir

Sharing is caring!

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağanı ləğv edir, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən danışarkən deyib.

Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb.

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə, şəhid ailələrinin maliyyə dəstəyinin mənbələri artırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir