Cəmiyyət

10 aylıq Zəhra 3-cü dəfə ürək əməliyyatı olunmalıdır: Sizlərin köməyinə ehtiyacı var – FOTO

Sharing is caring!

2021-ci il təvəllüdlü Qasımova Zəhra Azər qızı 3-cü dəfə ürək əməliyyatı olmalıdır. 

Bu barədə Oxu.Az-a onun atası Qasımov Azər məlumat verib.

O qeyd edib ki, övladının cəmi 1 yaşı olmasına baxmayaraq, 2 dəfə ağır ürək əməliyyatı keçirib:

“Doğuşa qədər övladımın ürəyində bir problem olması ilə bağlı bizə məlumat verilməyib. Qeysəriyyə əməliyyatına bir neçə saat qalmış dedilər ki, övladınızın ürəyində problem var. İki dəfə əməliyyat edildi. Onun ürəyində olan 3 dəlik və klapanlarda olan problemlər aradan qaldırıldı. 3-cü əməliyyat isə şah damarla bağlıdır. Şah damarında daralma var. Həmin damarın bir qismi dəyişdiriləcək. 2 əməliyyatı öz gücümüzə etdik. Lakin sonuncu əməliyyat artıq bizim üçün maddi olaraq çox çətinlik yaradıb. Əməliyyatın ümumi xərci 9 min manatdır. Biz cəmi min manat toplaya bilmişik. İmkanlı şəxslərdən Zəhranın yaşaması üçün bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 055 378 10 09 

Qeyd edək ki, 05.10.2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 10 aylıq körpə Zəhra Qasımovanın valideyni ilə əlaqə saxlanılıb.

Agentliyin tövsiyəsinə əsasən 06.10.2022-ci il tarixində valideyn Sumqayıt Tibb Mərkəzinə və Mərkəzi Klinik Xəstəxanaya müraciət edib. Mərkəzi Klinik Xəstəxanada müayinə olunduqdan sonra körpəyə aortal koarktasiya və damarların koarktasiyasi və ventikulyar septal defekt-VSD cərrahi əməliyyatının icra olunacağı bildirilib. Qeyd edək ki, aortal koarktasiya və damarların koarktasiyası cərrahi əməliyyatı Xidmətlər Zərfi ilə təminata alınmadığı üçün valideynin maliyyə hesabına həyata keçirilməlidir. Digər ventikulyar septal defekt-VSD əməliyyatı isə Xidmətlər Zərfi ilə təminata alındığı üçün icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçiriləcək. Bu barədə körpənin valideynlərinə müvafiq məlumat verilib və təkrar olaraq cərrahi əməliyyatı icra edəcək həkimlə əlaqə saxlamaqları bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir