Cəmiyyət

Sumqayıt sahilində suiti niyə ölüb? – FOTO

Sharing is caring!

Sumqayıt şəhərinin dəniz sahilində suiti cəsədi aşkarlanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Lent.az-a açıqlamasında dəniz heyvanının ölüm səbəbinə aydınlıq gətirib.

“Sumqayıt sahillərində yalnız bir suiti sahilə çıxaraq, tələf olub. Onun ölümündə xarici təsirlərin olduğunu düşünmürük. Çox güman ki, bu hadisə heyvanın yorğunluğu və qocalığı ilə bağlıdır.

Adətən, oktyabrın əvvəlindən başlayaraq, suitilər Xəzərin şimal sahillərindən cənuba doğru köç edirlər. Ehtimal ki, bu suiti də qoca olub. Köç zamanı yorulub və sahilə çıxaraq ölüb”, – deyə qeyd edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir