Cəmiyyət

Xəzərin səviyyəsi 35 santimetr düşüb

Sharing is caring!

Qazaxıstan sahillərində müşahidə olunan proses Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı deyil.

Bunu Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri Əkbər Əsgərov APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Xəzərin şimal sahil xəttinin meyilliliyinin çox az olması səbəbindən adətən güclü və davamlı küləklər nəticəsində dəniz suyunun sahilə doğru qovulması prosesləri baş verir:

“Ötən günlərdə sürəti 23 m/san-yə çatan güclü külək nəticəsində Aktau və Atırau şəhərlərinin dəniz sahilləri subasmaya məruz qalıb. Hazırda küləyin sürətinin azalması və suyun geri çəkilməsilə əlaqədar həmin şəhərlərdə vəziyyət stabildir”.

Ə.Əsgərovun sözlərinə görə, bu proses Xəzərdə səviyyə tərəddüdləri ilə deyil, Xəzərin şimalında formalaşan və müvəqqəti xarakter daşıyan sinoptik şəraitlə bağlıdır.

“Hazırda mövsümə uyğun olaraq Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. Faktiki səviyyə Baltik sisteminə görə -28,65 sm-dir. Keçən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabr ayında dənizin səviyyəsi 35 sm aşağıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir