Cəmiyyət

25 yaşlı Nərmin dünyaya övlad gətirərkən komaya düşüb: Küvəzdə olan övladının ona ehtiyacı var – FOTO

Sharing is caring!

1997-ci il təvəllüdlü Baləliyeva Nərmin Mübariz qızı qeysəriyyə əməliyyatı zamanı çox qan itirdiyinə görə komaya düşüb.

Bu barədə Oxu.Az-a onun anası Ağayeva Gülnarə məlumat verib.

O qeyd edib ki, 25 yaşlı övladının qanaxma zamanı beyni hipoksiyada qalıb (hissiyyat itkisi, baş gicәllәnmә, şüurun qismәn, sonra isә tamamilә itmәsi) və ciddi zədələnib:

“Qızım hazırda özəl klinikalardan birində reanimasiyadadır. Yeni doğulmuş körpəsi isə küvəzdədir. Nərminin yaşaması üçün əlimizdən gələni etdik amma artıq maddi olaraq tükənmişik. Onun bir gün üçün reanimasiyada qalma xərcləri 2 000 manatdır. Həkimlər bildirirlər ki, qızımın yaşaması üçün şans var. İmkanlı şəxslərdən xahiş edirəm Nərminimin balasına qovuşması üçün bizə kömək olsunlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir